Qol.Az

“Ümid edirəm ki, qalib gələcəyik” – Dino Ndlovu

[18.10.2016]
“Ümid edirəm ki, qalib gələcəyik” – <b style="color:red"> Dino Ndlovu</b>

“Son oyunda ağır məğlubiyyətlə üzləşdik. Bu cür oyunlar gec unudulur. Ancaq yaddan çıxarmaq lazım deyil ki, rəqib qolları biz azlıqda qaldıqdan sonra vurdu”.

Qol.az-ın məlumatına görə, bu sözləri  “Qarabağ”ın futbolçusu Dino Ndlovu Avropa Liqasının qrup mərhələsində “Fiorentinaya” məğlub olduqları  oyun (1:5) haqda danışarkən deyib.

Cənubi afrikalı hücumçu Yunanıstan mətbauatına açıqlamasında PAOK-la keçiriləcək oyun haqda da danışıb:

“Nikbin olmalıyıq. İrəli baxmaq lazımdır. Bütün diqqətimizi PAOK-la oyuna yönəltmişik. Ümid edirəm ki, qalib gələcəyik. Mənim işim qol vurmaqdır. PAOK-a qol vurmağa çalışacam. Ancaq ən vacib olan  komandamın qələbəsidir”.

Xatırladaq ki, "Qarabağ" - PAOK oyunu oktyabrın 20-də keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.