Qol.Az

"Kəpəz"in futbolçusu sıradan çıxdı

[18.10.2016]
"Kəpəz"in futbolçusu sıradan çıxdı

Topaz Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununun sonunda zədələnən “Kəpəz”in futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, MRT müayinəsindən keçən braziliyalı oyunçu birinci dərəcəli əzələ yırtğı diaqnozu qoyulub. Bu isə o deməkdir ki, yarımmüdafiəçi qarşıdakı 3 həftə oynaya bilməyəcək.

Frederikonun yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcəyi qeyd olunub. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.

Xatırladaq ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.