Qol.Az

“Özümü öldürsəydim belə, xeyri olmayacaqdı” – Qriqorçuk

[02.10.2016]
“Özümü öldürsəydim belə, xeyri olmayacaqdı” – <b style="color:red">Qriqorçuk</b>

“Oyundan əvvəl də əhvalın kifayət qədər yaxşı idi. indi də. Məni xüsusi ilə o sevindirdi ki, gözəl oynadıq”.

Qol.az-ın müxbirinin məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 7-ci turunda “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.

Ukraynalı mütəxəssis keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Çempionatımız fasilə yaranacaq. Yəqin ki, Ukraynaya gedəcəksiniz.

- Xeyr, ailəmlə birgə Qəbələdə istirahət edəcəyik.
 
- “Qəbələ” hazırda yüksəlişdədir. Fasiləni komandanız üçün yersiz hesab etmirsiz?

- Bizim qrafikimiz çox sıx idi. Bu fasilədən özümüz üçün yaralanmalıyıq.
 
- Dabo və Uiks fiziki cəhətdən hazırlıqlı görünmürlər. Onlar bir hissəlik futbolçulardır?

- Dabo 60 metr məsafəni qət edib qol vurmuşdu. Düşünmürəm ki, bizdə hazırlıqsız futbolçu var. Sadəcə hamısı inkişaf etməlidir.
 
- Petar Franyiç bu gün oynamadı. Ondan narazısınız, yoxsa ona ehtiyac olmadı?

- Bu gün özümü öldürsəydim belə, xeyri olmayacaqdı, 14 nəfərdən çox futbolçu oynaya bilməzdi. Kim hazırdısa, o da oynayır. Bizim öz yanaşmamız var.
 
- Əgər legioner limiti olmasaydı, azərbaycanlı futbolçunu meydana buraxardınız?

- (Gülür) Son avrokubok görüşündə 3 azərbaycanlı futbolçuya etimad göstərdim. Biz oyunçuların pasportuna baxmırıq. Kim hazırdırsa, ona da şans veririk. Bizim öz yanaşmamız var. Bugünkü oyunun protokoluna diqqətlə baxsaz, haqlı olduğuma əmin olacaqsınlz. Hər iki komandanın heyətində həm yerli, həm də legioner futbolçular var.
 
- “Qəbələ”də bir çox futbolçu sizin dönəminizdə parlayıb. Dabo sizi ilk məşqdə əsəbləşdirmişdi, Ruslan Qurbanov indi daha inamlı oynayır və sair. Sizin sehrli çubuğunuz var, yoxsa onlarla yaxından söhbət edirsiz?

- Bizim xüsusi proqramımız yoxdur. Elə futbolçu var ki, ona çox zaman lazım olur.
 
- Hazırkı “Qəbələ” sizin futbol fəlsəfənizi nə dərəcədə nümayiş etdirir?

- İdeal olmaq mümkün deyil. İlk hissədə yaxşı oynadıq, çox xoşuma gəldi. İdeal olmaq üçün çox işləməliyik.
 
- Teo Uiks çox sərt oynayır. Onunla söhbət etmisiz?

- Uiksin Avropa Liqasındakı qırımzı vərəqəsinə görə söhbət etmişik. Təəssüf ki, qısa müddətdə bunu dəyişə bilmir, amma çalışır. Uiks üzərində çox çalışıb və inkişaf edir.

Məftun MAHİROĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.