Qol.Az

Elvin Yunuszadə: "Tənqid olunmağım normaldır"

[02.10.2016]
Elvin Yunuszadə: "Tənqid olunmağım normaldır"

“Qarabağ”ın futbolçusu Elvin Yunuszadə Topaz Premyer Liqanın 7-ci turunda “Qəbələ” ilə matçdan (2:0) sonra Qol.az-ın suallarını cavablandırıb.

- Artıq "Qəbələ" ilə aranızda 6 xallıq fərq yarandı. Bunu aradan qaldırmaq çətin olmayacaq?

- Biz əlimizi çempionluqdan üzmürük. Yenə çalışacağıq və çempion olmaq üçün əlimizdən gələni edəcəyik.

- Oyundan sonra Qurban Qurbanov sizə nə dedi?

- Qurban müəllimm həmişə bizə inanır. Oyundan sonra da bizə hər zaman təsəli verir və motivasiyamızı yüksək tutmaq istəyir.
 
- "Fiorentina" ilə oyunda aldığın qırmızı vərəqədən sonra sosial şəbəkələrdə tənqid hədəfinə çevrildin.

- Bu, normaldır. Hamının fikrinə hörmətlə yanaşıram. Amma nə edə bilərdim. Bunu komandam üçün etdim. Orda qırmızı verməmək də olardı. Bu "Qarabağ"da ilk qırmızı vərəqəm idi.

- Rəşad Sadıqovun bu oyunda olmaması öz sözünü dedi?

- Rəşadın olmaması həmişə özünü göstərir. Ondan öyrənəsi çox şey var. Hər zaman bizə dəstək olur.

Məftun MAHİROĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.