Qol.Az

Kamran Ağayev yenidən əsas heyətdə

[02.10.2016]
Kamran Ağayev yenidən əsas heyətdə

Millimizin futbolçusu Kamran Ağayev bu gün Portuqaliya çempionatında ikinci rəsmi oyuna çıxacaq.

Qol.az-ın xəbərinə görə, “Boavişta”nın şərəfini qoruyan K.Ağayevin adı 7-ci turun “Moreirense”yə qarşı görüşündə əsas heyətə salınıb.

Digər futbolçumuz Emin Mahmudov isə “18-lik”də yer almayıb.

Qeyd edək ki, “Boavişta” – “Moreirense” oyunu Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

Xatırladaq ki, K.Ağayev bundan öncə “Portu”ilə oyunda (1:3) da əsas heyətdə yer almışdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.