Qol.Az

"Bu dəfə favorit deyilik" - Zidan

[13.09.2016]
"Bu dəfə favorit deyilik" - <b style="color:red"> Zidan</b> Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasını qazanmaq şanslarından danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis ötən illə müqayisədə bu dəfə daha güclü rəqiblərin olduğunu deyib:

“Favorit olduğumuzu deyə bilmərəm. Kuboku qazana biləcək komanda çoxdur. Onlarla rəqabət aparmaq məcburiyyətindəyik. Ancaq biz də çətin oyunlara hazırıq.

Bilirik ki, bu dəfə işimiz asan olmayacaq. Çünki bütün komandalar son çempiona qarşı tam fərqli motivasiya ilə oynayır".

Qeyd edək ki, “Real” Zidanən rəhbərliyi ilə ötən mövsüm Çempionlar Liqasını qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.