Qol.Az

"Şeydayevə mane ola bilməzdik" - Vitali Mutko

[13.09.2016]
"Şeydayevə mane ola bilməzdik" - <b style="color:red"> Vitali Mutko</b> Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Ramil Şeydayevin vətəndaşlığını dəyişərək Azərbaycan milli komandasında çıxış etmək qərarına münasibət bildirib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, idman naziri jurnalistlərə açıqlamasında  Şeydayevin seçiminə qarışa bilmədiklərini deyib:

"Bu məsələyə biz yox, Şeydayevin valideynləri aydınlıq gətirə bilər. Müxtəlif idman növlərində vətəndaşlığını dəyişən xeyli insan var. Onlar ölkəmizə gəlirlər, ölkəmizdən gedirlər. İnsanların seçiminə təsir edə bilmərik. Bu, hərbi xidmətə çağırış deyil. O, valideynləri ilə birlikdə bu seçimi edib. Bəlkə də müəyyən iqtisadi şərtlər olub. Kənardan oyunçu dəvət etməyə imkanı olan ölkələr var. Əgər Şeydayev başqa ölkənin vətəndaşlığını qəbul etməyi qərara alıbsa, buna mane ola bilməzdik. Bu məsələdə başqa şeylər axtarmağa, özümüzdən nəsə uydurmağa ehtiyac yoxdur".

Xatırladaq ki, "Zenit"in yetirməsi olan Ramil Şeydayev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığma komandalarında oynasa da, sonda millmizdə oynamağa qərar verib. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.