Qol.Az

"Slovan"da ciddi itki - kapitan "Qarabağ"la oyunu buraxacaq

[13.09.2016]
"Slovan"da ciddi itki -  <b style="color:red"> kapitan "Qarabağ"la oyunu buraxacaq </b> Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Slovan” klubu ciddi itki ilə üzləşib.

Qol.az-ın Çexiya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın kapitanı Lukaş Pakorni dizindən zədələnib.

“Viktoriya” ilə oyunda xəsarət alan 29 yaşlı müdafiəçi dünən tibbi müayinədən keçib və məlum olub ki, o, 4 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, Çexiya millisinin üzvü sentybarın 15-də “Qarabağ”la keçiriləcək oyunda  komandasına kömək edə bilməyəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.