Qol.Az

“Finalda “Bavariya” ilə “Yuventus” oynayacaq”

[13.09.2016]
“Finalda “Bavariya” ilə “Yuventus” oynayacaq” İtaliya millisinin sabiq üzvü Filippo İnzaqi Çempionlar Liqası haqda proqnoz verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, “Milan” və “Yuventus”un sabiq hücumçusu finalda hansı komandaların qarşılaşacağı haqda sualı cavablandırıb.

O, həlledici oyunda “Bavariya” və “Yuventus”un üz-üzə gələcəyini bildirib:

“Almanların çox güclü heyəti var. Baş məşqçiləri Karlo Ançelottinin bacarığı hər kəsə məlumdur. Bu komanda çox xoşuma gəlir.

“Yuventus” isə ən yaxşı dövrlərini yaşayır. “Bavariya”da Levandovski, Müller, Duqlas Kosta kimi hücumçular varsa, “Yuvetus”da Madzukiç, İquain və Dibala kimi qol vuran oyunçular var”.

Hazırda “Venetsiya” klubunu çalışdıran 43 yaşlı mütəxəssis “Barselona” haqda da fikirlərini bildirib:
“Barselona”nın çox güclü hücum xətti var. Üstəlik Pako Alkaseri də transfer ediblər. Əgər rəqiblər bu komandaya topa sahib olmağa imkan versə, onlar üçün çox çətin olacaq. Çünki Messi, Suares və Neymarı dayandırmaq mümkün deyil. Ona görə də bir yolla bu üçlüyün oyununa mane olmaq lazımdır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.