Qol.Az

Əvvəl Qurban Qurbanov, sonra rəqibi

[13.09.2016]
Əvvəl Qurban Qurbanov, sonra rəqibi Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Slovan” (Çexiya) oyunundanöncə təşkil olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub.

Qol.az-ın “Qarabağ”ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, sentyabrın 14-də "Azərsun Arena"nın mətbuat zalında ilk olaraq Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov (saat 17:00-da) media mənsublarının önünə çıxacaq.

“Qarabağ”ın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Slovan”ın son məşqi isə saat 19:00-da “Dalğa Arena”da keçiriləcək. Çexiya təmsilçisinin baş məşqçisi  son məşqdən öncə - saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" - "Slovan" oyunu saat 19:00-da start götürəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.