Qol.Az

Millimizin baş məşqçisi tarixi qələbədən danışdı

[13.09.2016]
Millimizin baş məşqçisi tarixi qələbədən <b style="color:red">danışdı</b>

 “Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir. Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik".

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri futzal millimizin baş məşqçisi Milton Luis Ziller Junior dünya çempionatının final mərhələsində Mərakeşə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, indiki məqamda qalibiyyətdən zövq almağı bacarmalı olduqlarını bildirib:

"Amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.