Qol.Az

Futzal millimizdən tarixi qələbə

[13.09.2016]
Futzal millimizdən tarixi qələbə

Kolumbiyada təşkil edilən futzal üzrə dünya çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, millimiz bu gün sözügedən yarışda ilk oyununu keçirib.

Tarixində ilk dəfə mundialda çıxış edən yığmamız Afrika çempionu Mərakeşlə qarşılaşıb.
 
Görüş komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0. Bu, həm də braziliyalı Milton Luis Ziller Juniorin millimizin baş məşqçisi kimi ilk oyunu olub.

Qeyd edək ki, yığmamız  F qrupunda İran, İspaniya və Mərakeşlə mübarizə aparacaq.


13 sentyabr

F qrupu

03:00. Mərakeş - Azərbaycan - 0:5
Qollar:
Vassoura 14.25; 17.01; 32.59 Qallo, 28.30. Bolinya, 30.49
Baş hakim: Jose Katemo (Anqola)
İkinci hakim: Eduardo Fernandes (Portuqaliya),
Üçüncü hakim: Kamil Çetin (Türkiyə)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.