Qol.Az

Azərbaycan Rioda ilk qızıl medalını qazandı

[21.08.2016]
Azərbaycan Rioda ilk qızıl medalını qazandı

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, idmançımız Radik İsayev mübarizəyə qoşulub.
 
+80 kq çəki dərəcəsində mübarizə aparan R.İsayev 1/8 finalda Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. 11:2 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib. 

O, bu mərhələdə Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə 12:8 hesabı ilə qalib gələn İsayev yarımfinala yüksəlib.

Finala gedən yolda taekvandoçumuz Böyük Britaniya idmançısı Mahama Ço ilə üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə məğlub edən takevandoçumuz finala yüksəlib.

Həlledici qarşılaşmada Radik İsayev Niger idmançısı İssufu Abdulrazakla qarşılaşıb. Güclü rəqibinə 6:2 hesabı ilə qalib gələn idmançımız olimpiya çempionu olub. Bu, ölkəmizin Rio olimpiadasında ilk qızıl medalıdır.

 
Qeyd edək ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.