Qol.Az

Pol Poqba İngiltərəyə yollandı

[07.08.2016]
Pol Poqba İngiltərəyə yollandı

"Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın “Mançester Yunayted”ə keçidi reallaşmaq üzrədir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız futbolçu artıq İngiltərəyə yollanıb. Bu gün o, tibbi müayinədən keçəcək. Transferin sabah ictimaiyyətə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Poqbanın transferi “Qırmızı şeytanlar”a 120 milyon avroya başa gələcək. Bununla da o, dünyanın ən bahalı futbolçusu olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.