Qol.Az

Ukraynalı hücumçu sərxoş vəziyyətdə qəza törətdi

[07.08.2016]
Ukraynalı hücumçu sərxoş vəziyyətdə qəza törətdi “Hayduk”un ukraynalı hücumçusu Artyom Radçenko avtomobil qəzasına düşüb.

Qol.az-ın “24sata.hr” saytına istinadən verdiyi xəbərə görə, xoşagəlməz hadisə səhər saat 6:30-da baş verib. “VW Polo”nun sükanı arxasında olan Radçenko avtobusla toqquşub.

Ciddi xəsarət alan futbolçu dərhal xəstəxanaya yerləşdirilib. Ukraynalı forvardın qanında Xorvatiya qanunlarına görə normadan 11 dəfə artıq spirt olduğu aşkarlanıb. Hazırda polis insidentlə bağlı araşdırma aparır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.