Qol.Az

Bonuççi “Mançester Siti”nin təklifini geri çevirdi

[07.08.2016]
Bonuççi “Mançester Siti”nin təklifini geri çevirdi

İtaliya millisinin və “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi “Mançester Siti”yə keçməkdən imtina edib.

Qol.az-ın “Gazzetta dello Sport”a istinadən verdiyi xəbərə görə, Premyer Liqa təmsilçisi Bonuççi üçün “Yuventus”a 60 milyon avro ödəməyə hazır idi.

Təklifi qəbul edəcəyi təqdirdə, Leonardonun yeni iş yerində illik qazancı 8 milyon avro olacaqdı. Lakin Bonuççi klubunu dəyişmək fikrində deyil.
Təcrübəli müdafiəçi “Qoca Sinyora” ilə Çempoionlar Liqasını qazanmağı arzulayır.

Xatırladaq ki, Bonuççinin “Yuventus”la müqaviləsi 2019-cu ilədir.


 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.