Qol.Az

Rəşad Sadıqov: “Bizi "Höteborq"la gərgin oyunlar gözləyir”

[07.08.2016]
Rəşad Sadıqov: “Bizi "Höteborq"la gərgin oyunlar gözləyir” “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun müsahibəsi


- Avroliqanın pley-off mərhələsində “Qarabağ” “Höteborq”la qarşılaşacaq. Püşkün nəticəsini necə dəyərləndirərdiz?

- Rəqib güclü komandadır. Ölkəsinin aparıcı klublarından biridir. Ötən mövsüm gümüş medal qazanıblar. Onların oyunlarını artıq izləmişik. Rəqib haqda məlumatımız var. Deyərdim ki, bu, bir-birinə bənzər 2 komandanın mübarizəsi olacaq. Onlar da topla oynamağı sevirlər, kombinasiyalı oyuna üstünlük verirlər. Bizi 2 gərgin oyun gözləyir.

- Çoxları “Qarabağ”ın Çempionlar Liqası ilə vidalaşmasını çempionatdakı rəqabətsizliklə əlaqələndirirlər. Razısız bu fikirlə?

- Yox, belə deməzdim. Söhbətin ona aidiyyatı yoxdur. Hər kəs gördü ki, Çexiya çempionuna qarşı inamlı oyun sərgilədik. Həm evdə, həm də səfərdə yaxşı oynadıq.

- Yəni, çempionatımızda tətbiq olunan legioner limiti klublara probem yaratmır?

- Bu barədə düşünmürəm. Yenə deyirəm, biz “Viktoriya Plzen”dən üstün idik. İlk oyunda rəqiblə başa-baş oynadıq. Cavab matçında isə çexlərdən qat-qat üstün oynadıq. Amma son nəticədə ÇL-lə vidalaşdıq. Bunu nə iləsə bağlamağın mənası yoxdur.

- Necə düşünürsüz, Premyer Liqamızda legioner limitinin artırılmasına ehtiyac var?

- Şəxsi fikrim belədir ki, limit qaldırılmalıdır.

- “Zirə” - “Sumqayıt” oyununu stadiondan izlədiniz. İkinci turda məhz “Sumqayıt”la qarşılaşacaqsınız. Bu komanda necə təsir bağışladı?

- “Sumqayıt” yaxşı təsir bağışladı. Mübarizə komandadırlar. Samir Abasov yaxşı kollektiv formalaşdırıb. Əlimizdən gələni edəcəyik ki, çempionata yaxşı start verək. İlk turda “İnter”lə üz-üzə gələcəyik. Çalışacağıq ki, hər “İnter”, həm də “Sumqayıt”la görüşlərdə yaxşı nəticə qazanaq.

Mənbə: futbolxeber.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.