
Paşayevin komandası ilk qələbəsini qazandı
[07.08.2016]
Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Stal" da növbəti matçına çıxıb.
Doğma meydanda "Volın" ilə qarşılaşan komanda 1:0 hesablı qələbə qazanıb. Start heyətdə meydana çıxan Paşayev 55-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Stal" 3 turdan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.