Qol.Az

"Qəbələ" "Kəpəz"lə oyuna hazırlaşır

[06.08.2016]
"Qəbələ" "Kəpəz"lə oyuna hazırlaşır

“Qəbələ” Topaz Premyer Liqasının yeni mövsümünün ilk turunun hazırlığına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının III təsnifat mərhələsinin “Lill”ə (Fransa) qarşı cavab oyunundan (1:0) sonra bir günlük istirahətə buraxılan komanda məşqlərini bərpa edib.

“Kəpəz”lə I turun ev oyununu Bakıda keçirəcək “qırmızı-qaralar” matçın hazırlığını da paytaxtda gerçəkləşdirir. Bu gün keçirilən ilk məşqdə futbolçular iki qrupda çalışıb. Fransa klubu ilə görüşün iştirakçıları bərpaedici və fiziki hazırlıq keçiblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər.

Xatırladaq ki, I turun “Qəbələ” – “Kəpəz” görüşü avqustun 8-də keçiriləcək. Bakıdakı “Dalğa Arena”da keçiriləcək oyunun start fiti saat 19:00-da veriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.