Qol.Az

Vəli Qasımov: "Çox istərdik ki, belə hallar baş verməsin"

[06.08.2016]
Vəli Qasımov: "Çox istərdik ki, belə hallar baş verməsin"

"Məqsədimiz medallar uğrunda oynamaqdır. Düzdür, heyətimiz tam komplektləşməyib. Amma çalışacağıq ki, heyətimiz tam geniş olsun".

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Vəli Qasımoiv Topaz Premyer Liqasının yeni mövsümündə AZAL-la açılış matçından sonra "CBC Sport"a açıqlamasında bildirib.

O, komandasının 2:0 hesabı ilə qalib gəldiyi səfər oyununda zədələrdən əziyyət çəkdiyini söyləyib:

"Oyuna 3 itki ilə çıxmışdıq. Melnik də zədələndi. Ehtiyatdan oyuna çıxanların köməyi çox dəydi. Bu da komandaya qələbə gətirdi".   Qasımov braziliyalı müdafiəçisi Jaironun qırmızı vərəqə aldığı epizodu görə bilmədiyini deyib: "İlk oyunlar bizim üçün çox vacibdir. Qırmızı vərəqələr komandaya ziyan gətirir. Zədələrin onsuz da çox olduğu bir vaxtda oyunçumuzun cəzalı duruma düşməsi yaxşı hal deyil. Çox istərdik ki, belə hallar baş verməsin". f


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.