
"Trabzonspor"dan Ramil Şeydayevə jest (FOTO)
[06.08.2016]
Türkiyənin “Trabzonspor” klubu əzərbaycanlı futbolçusu Ramil Şeydayev üçün jest edib.
Qol.az-ın məlumatına görə, klubun rəsmi “Facebook” səhifəsi Şeydayevin üzərində “sən bizə qardaşlarımızın əmanətisən yazılan” şəklini paylaşıb. Şəkilə həm Türkiyədən, həm də Azərbaycandan müxtəlif rəylər yazılıb. Klubun bu addımı yüksək qiymətləndirilib.
Xatırladaq ki, FİFA yay transfer pəncərəsində “Zenit”dən “Trabzonspora” keçən 20 yaşlı hücumçuya milli komandamızda oynamağa icazə verib.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.