Qol.Az

“Kəpəz” Avropa Liqası uğruda mübarizə aparacaq”

[06.08.2016]
“Kəpəz” Avropa Liqası uğruda mübarizə aparacaq” “Bu çempionat ötənilkilərdən fərqli olacaq. Çünki bizi 8 komandalı yarış gözləyir. Əgər belə demək mümkündürsə, Premyer Liqada artıq zəif komanda yoxdur. Fikrimcə, daha maraqlı çempionat olacaq.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in yeni transfer Nicat Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Gənc yarımmüdafiəçi azarkeşləri stadiona çağırıb: “Azarkeşlər bir-birindən gərgin oyunlar izləyəcək. “Kəpəz” mənim yeni klubumdur. Komandaya xeyir verməyə çalışacağam. Avropa Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparacağıq və bunun üçün əlimdən gələni edəcəyəm. Sizin vasitənizlə azarkeşlərimizə səslənib onları bizə dəstək olmağa çağırıram. Onlarsız oyunlar maraqsız olar. Yaxşı bilirəm ki, Gəncədə matçlara daha çox azarkeş gəlir və bu rəqiblərə çətinlik yaradır. “Kəpəz”in nəticədən asılı olmayaraq komandaya dəstək verən azarkeşləri var. Bu da çox müsbət haldır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.