Qol.Az

“Şaxtyor”la qarşılaşmaqdansa, “Qarabağ” yaxşıdır”

[06.08.2016]
“Şaxtyor”la qarşılaşmaqdansa, “Qarabağ” yaxşıdır” “Biz autsayderik. Ancaq hiss edirəm ki, qrup mərhələsinə düşmək üçün şansımız var. Bunun üçün hər iki oyunda yaxşı çıxş etmək lazımdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ınn rəqibi olan “Höteborq” klubunun baş məşqçisi Yörgen Lennartson deyib.

İsveç klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında püşkü dəyərləndirərkən “Qarabağ”ı özləri üçün münasib rəqib hesab etdiyini bildirib:

“Qarabağ”ın heyətində bir neçə legioner var. Rəqibi beynəlmiləl komanda adlandırardım. Mümkün variantlar arasında bizə ən uzaq səfər qismət oldu. Ancaq Ukrayna “Şaxtyor” ilə qarşılaşmaqdansa, elə “Qarabağ” yaxşıdır. Çünki “Şaxtyor”un Çempionlar Liqasında böyük təcrübəsi var. Potensial rəqiblər arasında başqa güclü komandalar da var idi”.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 18-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.