"Atletiko Nasional"ın futbolçusu Marlos Morenonun "Mançester Siti"yə keçidi rəsmiləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, kolumbiyal hücumçu ilə 5 illik müqavilə imzalanıb.
İmzalanma mərasimindən sonra "Mançester Siti" yeni transferini "Deportivo"ya icarə verdiyini açıqlayıb. Yeni mövsümün sonuna kimi o, icarə əsasında İspaniya klubunda çıxış edəcək.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə