Qol.Az

"Messini milliyə qayıtmağa razı salmağa çalışmayacam"

[06.08.2016]
"Messini milliyə qayıtmağa razı salmağa çalışmayacam"

Argentina millisinin yeni baş məşqçisi Edqardo Bausa yığmadakı karyerasını başa vurduğunu açıqlayan Lionel Messi haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, Messi ilə görüşəcəyi xəbərlərini təsdiqləyib. Ancaq o, görüşün məqsədinin hücumçunu milliyə qayıtmağa razı salmaq olmadığını deyib:

"Messini razı salmağa çalımayacam. Sadəcə onu görmək istəyirəm. Messi ilə ancaq futbol haqda danışacam".

Qeyd edək ki, bu görüş zamanı Messinin milliyə qayıtmağa qərar verdiyini E.Bausaya bildirəcəyi gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.