Qol.Az

Premyer Liqamızda yeni mövsüm başladı

[06.08.2016]
Premyer Liqamızda yeni mövsüm başladı

Bu gün Topaz Premyer Liqada 2016/17 mövsümünə start verilib.

Qol.az-ın məlumatına görə, açılış turununun ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
Premyer Liqada yeni mövsüm AZAL - "Neftçi" açılış görüşü ilə başlayıb. Matç "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Digər oyunda "Zirə" "Sumqayıt"ı qəbul edib. Bu görüşdə "Sumqayıt" 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ilk turun digər oyunları 7-8 avqust tarixlərində keçiriləcək.
 
Topaz Premyer Liqası

I tur

6 avqust (şənbə)
 

 
20:00. “Zirə” – “Sumqayıt” - 0:1
Qol:
Vaqif Cavadov, 74 (0:1)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu

18:00. AZAL – “Neftçi” - 0:2
Qollar:
Elvin Bədəlov, 60 (1:0), Rəhman Hacıyev, 70 (0:2)
Qırmızı vərəqlər: Ruslan Nəsirli, 37 (AZAL), Jairo, 37 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
“AZAL Arena”

7 avqust

20:00. "İnter" - "Qarabağ"

8 avqust

19:00. "Qəbələ" - "Kəpəz"
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.