Qol.Az

Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlandı

[09.07.2016]
Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlandı

Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 15-nə təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.