Qol.Az

“Kəpəz”in oyununun vaxtı dəyişdirildi

[09.07.2016]
“Kəpəz”in oyununun vaxtı dəyişdirildi “Kəpəz”in Avropa Liqasının II təsnifat mərhələsinin “Admira” ilə cavab oyununun vaxtı dəyişdirilib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 21-də deyil, 20-də keçiriləcək.

Buna səbəb iyulun 21-də Bakıda digər təmsilçimiz “Qəbələ”nin MTK ilə qarşılaşmasıdır.

Xatırladaq ki, UEFA-nın qaydalarına görə, bir gündə eyni şəhərəd yalnız bir avrokubok oyunu keçirilə bilər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.