Qol.Az

“Qəbələ” ilə oyun çətin olacaq” – MTK-nın baş məşqçisi

[09.07.2016]
“Qəbələ” ilə oyun çətin olacaq” – MTK-nın baş məşqçisi

Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun haqda danışıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, "Qəbələ" ilə oyunların  çətin olacağını deyib:

“Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunlarını səbirsizliklə gözləyirəm. Bu mərhələdə qarşılaşacağımız  Azərbaycanın "Qəbələ" klubu ciddi rəqibdir. Bizim üçün çətin olacaq”.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 14-də Macarıstanda keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.