Qol.Az

"Avro-2020"yə 24 komanda ilə

[08.07.2016]
"Avro-2020"yə 24 komanda ilə

2020-ci ildə keçiriləcək Avropa çempionatında da 24 milli komandadan təşkil olunacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis məlumat verib. O, növbəti Avropa çempionatlarında bu sayın arta biləcəyini vurğulayıb:

"Avro-2020"də də 24 komanda oynayacaq. 2024-cü il üçün isə bu sayın artması barədə müzakirə aparacağıq".

Qeyd edək ki, bu il Avropa çempionatında komandaların sayı 16-dan 24-ə yüksəldilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.