Qol.Az

"Qarabağ" - "Düdelanj": hakimlər bəlli oldu

[08.07.2016]
"Qarabağ" - "Düdelanj": hakimlər bəlli oldu Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Düdelanj” oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisinin Lüksemburq çempionu ilə  matçını israilli hakimlər birqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Orel Qrinfild olacaq. Ona Danni Krasikov və İdan Yarkoni kömək edəcəklər.

Xatırladaq ki, iyulun 12-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.