Qol.Az

“Barsa” baş sponsoru dəyişə bilər

[08.07.2016]
“Barsa” baş sponsoru dəyişə bilər

“Barselona”nın titul sponsoru dəyişə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi iyulun 30-na qədər yeni sponsorla rəsmi müqavilə imzalamalıdır.

Məlumata görə, son bir neçə ildə klubun baş sponsor olan “Qatar Airways”la yanaşı ABŞ-ın nəhəng internet servisi olan “Amazon”la da danışıqlar gedir. Bildirilir ki, hələlik “Amazon”un təklifi etdiyi rəqəm “Barselona”nın tələb etdiyi illik 65 milyon avro həddinə çatmır. Əgər tərəflər maddi məsələdə razılaşsalar, o zaman “Barselona”nın yeni mövsümdə baş sponsoru Amerika şirkəti olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.