Qol.Az

“Qəbələ” irəlilədi, “Qarabağ” gerilədi

[08.07.2016]
“Qəbələ” irəlilədi, “Qarabağ” gerilədi

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

453 ölkənin yer aldığı siyahıya 144,428 xalla Madrid “Rea”lı başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədədir.

Klublarımızdan ən yaxşı göstəriciyə sahib olan “Qarabağ”dır. Ağdam  təmsilçisi 13,375 xalla 122-ci yerdədir. Ancaq “Qarabağ” ötən illə müqayisədə bir pillə geriləyib.

“Neftçi” xalını 9,125-ə çatdıraraq 2 pillə irəliləyib. Paytaxt klubu 156-cı yerdədir.

“Qəbələ” 5 pillə irəliləyərək 5.625 xalla 208-ci yerə yüksəlib. “İnter” 6 pillə geriləyərək 219-cu sıraya düşüb. “Bankir”lərin 5.375 xalı var.

“Xəzər Lənkəran” da 6 pillə geriləyib. 3.827 xalı olan cənub təmsilçisi 284-cü yerə düşüb. Beş pillə irəliləyən “Kəpəz” isə 3.375 xalla 312-ci yerə yüksəlib.

Siyahıda “Bakı”nın da adı var. Paytaxt klubu 6 pillə geriləyərək 3.125 xalla 323-cü yerə enib.

Qeyd edək ki, qeydə alınana nəticələrdən sonra millimizin reytinqində dəyişiklik olmayıb.  Komandamız 24-cü pillədəki yerini qoruyub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.