Qol.Az

Böyük finalın hakimləri müəyyənləşdi

[08.07.2016]
Böyük finalın hakimləri müəyyənləşdi

"Avro-2016"nın finalında keçiriləcək Portuqaliya - Fransa oyununun hakimləri müəəyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı Mark Klatternburqun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək. Ona Simon Bek və Ceyk Kollin köməklik edəcək. Dördüncü hakim funksiyasını Viktor Kassai (Macarıstan) yerinə yetirəcək.

Qeyd edək ki, Portuqaliya - Fransa oyunu iyulun 10-u keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.