Qol.Az

Şvaynştayger tarixə düşdü

[08.07.2016]
Şvaynştayger tarixə düşdü

Almaniya millisinin futboçusu Bastian Şvaynştayger üçün "Avro-2016"nın yarımfinalında Fransa ilə oyun əlamətdar olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu görüşlə 31 yaşlı yarımmüdafiəçi dünya və Avropa çempionatlarında 38-ci matçına çıxıb. Bununla da o, bu göstəricidə Miroslav Klozeni (37 oyun) geridə qoyaraq böyük turnirlərdə ən çox oynayan milli komanda futbolçusu olub.

Qeyd edək ki, Şvaynştaygerin komandası Almaniya  Fransaya 0:2 hesabı ilə uduzaraq Avropa çempionatında mübarizəni dayandırıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.