Qol.Az

Viktor Valdes İngiltərə klubunda

[08.07.2016]
Viktor Valdes İngiltərə klubunda

İspaniya millisinin sabiq futbolçusu Viktor Valdes İngiltərə  Premyer Liqasının yeni təmsilçisi "Midlsbro"ya transfer olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 34 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2015-ci ildə "Mançester Yunayted"ə transfer olunan V. Valdes ötən mövsümü icarə əsasında Belçikanın “Standart” klubunda keçirib. Onun "MY" ilə müqaviləsi iyulun 1-i başa çatıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.