Qol.Az

"Qalib gəlməyə məcburuq" – Qrizmann

[08.07.2016]
"Qalib gəlməyə məcburuq" – Qrizmann

"Qələbə qazandığımız üçün xoşbəxtik. Ancaq ən əhəmiyyətli oyunumuz qabaqdadır. Hələ ki, bu qələbəni bayram etmək olar, amma sabah (bu gün – red.) finalın hazırlığına başlayacağıq. Qarşılaşmanın sonuna kimi azarkeşlərin dəstəyini hiss etmək xoş idi. Ümid edirəm ki, final görüşündə də belə olacaq".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin futbolçusu Antuan Qrizmann "Avro-2016"nın yarımfinalında Almaniyaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Komandasının hər iki qolunun müəllifi bildirib ki, Portuqaliya ilə final görüşü çətin olacaq:

"Ümid edirəm ki, bu oyunda da qələbə qazanacağıq. Fransa azarkeşlərinə görə qalib gəlməyə məcburuq. İnanıram ki, turniri major notlarla bitirəcəyik".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.