Qol.Az

Daha bir idmançımızda dopinq aşkarlandı

[08.07.2016]
Daha bir idmançımızda dopinq aşkarlandı

Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlanıb.

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, Sərdar Həsənovun analizi müsbət nəticə verib.

S.Həsənovun orqanizmində istifadəsi qadağan edilmiş dehidroxlormethiltestosteron maddəsinin olduğu müəyyənləşib.

Beynəlxalq Ağır Ateltika Federasiyası 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində azərbaycanlı idmançının testinin müsbət çıxdığını bildirib.

Cəzalar açıqlanana qədər Azərbaycan idmançısı yarışlardan diskvalifikasiya edilib.

Qeyd edək ki, bundan öncə dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.