Qol.Az

Luis Nani La Liqa klubunda

[28.06.2016]
Luis Nani La Liqa klubunda “Fənərbaxça”nın futbolçusu Luis Nani karyerasını İspaniyada davam etdirəcək.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu La Liqada mübarizə aparan “Valensiya” ilə razılığa gəlib.

Yaxın günlərdə Nani ilə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, ötən ildən “Fənərbaxça”da çıxış edən 29 yaşlı forvard İstanbul klubunda 28 oyuna 8 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.