Qol.Az

"Qəbələ"nin "Samtredia" ilə oyunları canlı yayımda

[28.06.2016]
"Qəbələ"nin "Samtredia" ilə oyunları canlı yayımda

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia" (Gürcüstan) ilə keçirəcəyi oyunları "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

"CBC TV"dən Qol.az-a verilən məlumata görə, adı çəkilən kanal Qəbələ təmsilçisinin ev və səfər oyunlarını canlı yayımla tamaşaçılara təqdim edəcək.  

Kanalın baş direktoru Volkan Üst canlı yayımla əlaqədar bunları bildirib: “Bildiyiniz kimi, UEFA Avropa Liqasında çıxış edəcək komandaların görüşləri "CBC Sport"la canlı yayımlanacaq. Bununla bağlı, bütün klublarımızla razılıq əldə olunub. Azərbaycandakı matçların göstərilməsi ilə bağlı heç bir problem yoxdur. "CBC Sport" bu qarşılaşmaları yüksək keyfiyyətlə çəkib yayımlayacaq. Ancaq biz komandalarımızın səfər oyunlarını da yayımlamaqda çox maraqlıyıq. Təəssüf ki, yalnız  “Qəbələ”nin Gürcüstanda “Samtredia” ilə matçını azarkeşlərə təqdim edə biləcəyik. 

Digər klublarımızın səfər matçlarının yayımlanmamasının bizimlə heç bir bağlılığı yoxdur. İş orasındadır ki, Moldova və Maltada müvafiq olaraq “Daçiya və “Baltsan”ın oyunları yerli televiziyalarda göstərilməyəcək.  Bu səbəbdən də biz “Baltsan” – Neftçi” və “Daçiya” – “Kəpəz” oyunlarını azarkəşlərə təqdim edə bilməyəcəyik. Bakıdan Maltaya və ya Moldovaya STS maşınların aparılması isə təbii ki, mümkünsüz bir işdir. Çox təəssüf ki, Malta və Moldova kimi ölkələrdə öz komandalarının oyununa bu cür barmaq arası yanaşırlar".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.