Qol.Az

“Kəpəz” “Daçiya” ilə heç-heçə etdi

[28.06.2016]
“Kəpəz” “Daçiya” ilə heç-heçə etdi

Bu gün Avropa Liqasında 2016-2017 mövsümünə start verilib.

Qol.az-ın məlumatına görə, I təsnifat mərhələsində dörd oyundan üçü başa çatıb.

Turnirdə təmsilçilərimizdən olan “Kəpəz” də bu gün ilk oyununa çıxıb.

Şahin Diniyevin komandası Bakıda Moldovanın “Daçiya” klubunu qəbul edib. “Dalğa Arena”da keçirilən oyunda qapılara qol vurulmayıb. 

Qeyd edək ki, 16 ildir qitəmiqyaslı turnirlərə qatılmayan Gəncə klubu sonuncu dəfə 2000-ci ildə  UEFA Kubokunda  iştirak edib.




28 iyun

Avropa Liqası

I təsnifat mərhələsinin ilk oyunu
 
20:00.“Kəpəz” (Azərbaycan) -  “Daçiya” (Moldova) - 0:0 
Hakimlər:
Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)
Bakı, “Dalğa Arena”

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.