"Avro-2016”nın 1/8 finalında keçirilən İtaliya – İspaniya matçının (2:0) ən yaxşı futbolçusu bəlli olub.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, İtaliya millisinin müdafiəçisi Leonardo Bonucci matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, Bonucci görüş ərzində bir neçə önəmli müdaxilələri ilə komandasının qapısını toxunulmaz saxlamasında böyük rol oynayıb.