Qol.Az

"Kəpəz"dən çəkinmirik" – "Daçiya"nın baş məşqçisi

[27.06.2016]
"Kəpəz"dən çəkinmirik" – "Daçiya"nın baş məşqçisi

"Belə gözəl şəhərdə olmaq çox xoşdur. Bizi çətin oyun gözləyir. Nə baş verəcəyini sabah özünüz görəcəksiniz".

Qol.az-ın məlumatına görə, bu sözləri "Daçiya"nın baş məşqçisi Oleq Bejenar Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz"lə qarşılaşacaqları ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.


- “Kəpəz” haqda nə bilirsiniz?

- Rəqibin bir-iki oyununa baxmışam. Fiziki cəhətdən yaxşıdırlar və hücum futbolu oynayan komandadır. Amma yenə də dəqiq heç nə deyə bilmərəm.

- “Kəpəz”in hansı oyunlarını izləmisiniz?

- - Çempionatdakı oyunlara baxmışam. Nümayəndələrimiz Gəncə təmsilçisininin bir-iki yoldaşlıq oyununu izləyib. “Kəpəz” güclü rəqibdir.

- Sabah heç-heçə sizi qane edəcək?

- Biz rəqibdən asılı olmayaraq, həmişə qələbə üçün oynayırıq. Yəni, bizi ancaq qələbə qane edəcək.

- Vaxtı ilə Azərbaycanda oynamış moldovalı futbolçulardan Vadim Borets və Aleksey Savinovdan "Kəpəz" haqda hər hansı məlumat əldə etmisiniz?

- Başqalarından soruşmuşam. Amma adını deməyəcəm. Sirrdir.

- Daha çox qafqazlılara oxşayırsınız?

- Xeyr, təəssüf ki, qafqazlı köklərim yoxdur. Təmiz moldovanam. Bolqar, ukraynalı köklərim var.

- Şəhərimizi bəyəndiniz?

- Bəli. Çox gözəldir. Azərbaycan inkişaf edir.

- Oyunun taleyini Bakıda, yoxsa Kişinyovda həll etmək istəyirsiz?

- Cütün taleyinə Kişinyovda aydınlıq gələcək.

- Heyəti müəyyənləşdirmisiniz?

- Bəli. Amma deyə bilmərəm.

- “Kəpəz”dən çəkindiyiniz üçün açıqlamırsınız, yoxsa başqa səbəbi var?

- Xeyr. Biz rəqibdən qorxmuruq. Qoy “Kəpəz” “Daçiya”dan çəkinsin.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.