Qol.Az

Belçika millisində ciddi itki

[27.06.2016]
Belçika millisində ciddi itki

Belçika millisinin müdafiəçisi Tomas Vermalen 1/4 finalda Uelslə görüşdə komandasına kömək edə bilməyəcək.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna 30 yaşlı futbolçunun sarı vərəqə limitini doldurması səbəb olub.

Vermalen 1/8 finalda Macarıstanla görüşün 67-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Bu da onun turnirdə aldığı ikinci sarı vərəqə olduğundan futbolçu 1/4 finalda Uelslə matçı buraxmalı olacaq.

Qeyd edək ki, Belçika - Uels oyunu iyulun 1-də keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.