Qol.Az

"Qəbələ" - "Samtredia": biletlər satışda

[27.06.2016]
"Qəbələ" - "Samtredia": biletlər satışda UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb.

Biletləri bu gündən etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyunun 30-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.