Qol.Az

"Qarabağ"ın məşqindən şəkillər

[18.06.2016]
"Qarabağ"ın məşqindən şəkillər

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda günün ilk məşqinə çıxıb.

Bu məşq daha çox topsuz çalışmalara həsr olunub. İsinmə hərəkətlərinin ardından futbolçular 3 dəfə 15 dəqiqəlik kross qaçışını yerinə yetirib. Müəyyən fiziki təmrinlərin ardından məşq başa çatıb. Hazırlıq təxminən 90 dəqiqə davam edib.

Komandanın növbəti məşqi axşam vaxtına nəzərdə tutulub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.