Qol.Az

Prosineçki Çexiya - Xorvatiya oyununu izlədi

[18.06.2016]
Prosineçki Çexiya - Xorvatiya oyununu izlədi

"DÇ-2018"in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu dəfə Sent-Etyen şəhərinə üz tutub.  

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis adı çəkilən şəhərdə "Avro-2016"nın D qrupunda  keçirilən Çexiya – Xorvatiya oyununu stadiondan canlı izləyib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, millimiz "DÇ-2018"in seçmə mərhələsində Çexiya yığması ilə bu il oktyabrın 11-də səfərdə qarşılaşacaq, 2017-ci il oktyabrın 5-də isə ev oyunu keçirəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.