Qol.Az

"Tvente"yə şad xəbər

[18.06.2016]
"Tvente"yə şad xəbər

"Tvente" klubunun II diviziona göndərilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Qol.az-ın "AP"yə istinadən verdiyi məlumata görə, Enshede təmsilçisinin lehinə qərar verilib. 

Hollandiya Futbol Federasiyası may ayında futbolçuların transferi zamanı maliyyə fırıldaqlığına yol verən "Tvente"ni II diviziona göndərib. Bundan əlavə kluba 45250 avro məbləğində cəza kəsilib.

Lakin apellyasiya şikayəti təmin olunan "Tvente" növbəti mövsümdə də yüksək liqada oynamaq hüququ qazanıb. Üstəlik klubun cəzası 180 min avroya qədər endirilib. "Tvente"nin əvəzinə II diviziona ötən mövsümü 17-ci pillədə başa vuran "De Qraafşap" klubu göndərilib.

Qeyd edək ki, "Tvente" ötən mövsüm Hollandiya çempionatını 40 xalla 13-cü pillədə başa vurub. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.