Qol.Az

"Avro-2016": daha iki oyunun hakimləri bilindi

[18.06.2016]
"Avro-2016": daha iki oyunun hakimləri bilindi

"Avro-2016"da daha iki oyuna hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, B qrupunda keçiriləcək Rusiya - Uels oyunu Yohan Erikssonun başçılıq edəcəyi isveçli hakimlər briqadasına tapşırılıb.

Qrupun digər görüşü olan Slovakiya - İngiltərə matçını isə ispaniyalı referi Karlos Velasko Karbalyo idarə edəcək.

Qeyd edək ki, hər iki oyun iyunun 20-də keçiriləcək.




B qrupu

Rusiya - Uels
Baş hakim:
Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius və Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Yohanesson və Markus Strömberqsson (hamısı İsveç)
Dördüncü referi: Daniele Orsato (İtaliya)
Tuluza. Tuluza şəhər stadionu.

Slovakiya - İngiltərə
Baş hakim:
Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso və Xuan Yuste 
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano və Karlos del Kerro (hamısı İspaniya)
Dördüncü referi: Antonio Damato (İtaliya)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.