Qol.Az

Yığmamız Xorvatiyaya qalib gəldi

[18.06.2016]
Yığmamız Xorvatiyaya qalib gəldi

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Makedoniyanın Skopye şəhərində təşkil olunan UEFA İnkişaf turnirində ikinci matçına çıxıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız xorvatiyalı həmyaşıdları ilə qarşılaşıb.

Matç millimizin qələbəsi ilə yekunlaşıb. Fasiləyə 1:0 üstün yollanan yığmamız ikinci hissədə daha 2 dəfə fərqlənib.

Qeyd edək ki, komandamız ilk oyununda (2:2) Makedoniyaya penaltilərdə 2:4 hesabı ilə uduzub.


 

18 iyun

Xorvatiya – Azərbaycan - 1:3
Qollar:
Aytac Nemətova, 20 (0:1), Vüsalə Seyfəddinova, 55 (0:2), Anna Abulaşvili, 66 (0:3), Vanessa Dujmovic, 72 (1:3)
Qırmızı vərəqə: İva Tomiç, 79 (Xorvatiya)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.